Crazy Eyes qrupu dördüncü oldu [Video]

"ORadio.az" "SİA"ya istinadən xəbər verir ki, çempionatda Kanada, Cənubi Afrika, Rusiya, Almaniya, Danimarka, İngiltərə, Polşadan ümumilikdə 50-yə yaxın ölkənin təcrübəli, peşəkar rəqqasları təşrif buyurub. Dünyanın ən mötəbər turnirində vətənimizi Azərbaycan Müasir və Sosial Rəqslər Assosiasiyasının prezidenti Ə.Əzizovun rəhbərliyi ilə 8 nəfərlik rəqqas heyəti təmsil edib. Heyət üzvləri hər 3 növ üzrə müxtəlif kateqoriyalarda (solo, duet, qrup) öz istedadlarını göstəriblər. Yarışda ən yüksək nəticəni 2013-cü il Bakı və Azərbaycan çempionları, Silk Way beynəlxalq yarışının qalibi Crazy Eyes qrupu göstərib. Crazy Eyes qrupu hip-hop batll nominasiyasında yarımfinal mərhələsində məğlub olaraq Dünya qrupları içərisində 4-cü yeri tutub. Həmin nominasiya üzrə qalib Hollandiya, ikinci yerin sahibi Rusiya, üçüncü yerin sahibi isə Slovakiya təmsilçiləri olub.
Xatırladaq ki, bu Crazy Eyes qrupunun əcnəbi ölkədə ilk beynəlxalq yarışı idi və ilk dəfə battl sahəsində çıxış edib. Crazy Eyes qrupunun rəhbəri A.Məmmədovun məlumatına görə, hazırda qrup üzvləri təcrübələrini artırmaq, daha yüksək nəticələr əldə etmək üçün gərgin rejimdə məşqlər edir.
 

 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla