Milli Kino Günü ilə bağlı bayram tədbiri keçiriləcək

Hər il avqustun ikisi ölkəmizdə kino işçilərinin peşə bayramı kimi qeyd olunur. Oradio-nun məlumatına görə, bu münasibətlə bu il avqustun 1-də saat 18:00-da Nizami Kino Mərkəzində bayram tədbiri keçiriləcək. Bir çox mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin iştirak edəcəyi tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2014-cü ildə istehsal olunmuş "Nabat" bədii filminin təqdimatı olacaq. 
Tədbir çərçivəsində bir qrup kino veteranı mükafatlandırılacaq və "yenifilm.az" gənclər üçün kino müsabiqəsinin qalibləri elan olunacaq. 
Kino Mərkəzinin foyesində Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanmış sərgi nümayiş etdiriləcək. Sərginin ekspozisiyasına müxtəlif illərdə lentə alınmış Azərbaycan filmləri üçün çəkilən dekorasiyaların və geyimlərin eskizləri daxildir.

Bənzər xəbərlər

Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla