QƏBƏLƏ VI BEYNƏLXALQ MUSİQİ FESTİVALI

Bu günlərdə Heydər Əliyev Fondunun daha bir möhtəşəm beynəlxalq layihəsi - ənənəvi VI Qəbələ Beynəlxalq Musiqi festivalı başlanır. Oradio-nun məlumatına görə, Qəbələ şəhərində 23 iyul - 1 avqust tarixlərində keçiriləcək Festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər.
Festivalda Rusiya, Türkiyə, Cənubi Afrika, ABŞ, Kanada, Fransa, Avstriya, İsrail, Ukrayna, Koreyadan dünya şöhrətli dirijorlar, musiqiçilər və kollektivlər - İohannesburq Filarmonik orkestri, İsrail "Brass kvintet", "Kiyev solistləri" milli kamera orkestri, Vyana Akademik Orkestri solistləri, Tel-Əviv baleti, Oksana Yablonskaya, Dmitri Yablonski, Yulian Raxlin, Gil Şohat, Tatyana Şafran, Çen Zimbalista, Janna Qandelman, Mira Avad və başqaları iştirak edəcəklər. Festival konsertlərində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri, xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Yalçın Adıgözəlov, Yeganə Axundova, Əli Əsgərov, əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov, əməkdar artistlər Gülnaz İsmayılova, Fəridə Məmmədova, Səbinə Əsədova, Sahib Paşazadə, beynəlxalq müsabiqələr laureatları Yusif Eyvazov, Azər Rzazadə, Kamran Ömərli, istedadlı gənc solistlər, muğam ifacıları və b. cıxış edəcəklər. 
Təşkilatı dəstək: Mədəniyyət və Turizm Nazirliyi

Qəbələ VI Beynəlxalq Musiqi Festivalının proqramı
23 iyul - 1 avqust 2014-cü il

 







Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla