Məşhur ulduzun ad günündən gizli görüntülər (FOTO)

İllərin ötməyinə baxmayaraq cazibədarlığını qoruyub saxlaya bilən məşhur müğənni Cenifer Lopez ötən gün 45 yaşını qeyd edib.
Oradio-nun məlumatına görə, ifaçı yaxın dostlarını ətrafına yığıb maraqlı doğum günü partisi təşkil edib. JLO gecədən olan görüntülərin mediada yayınmasını istəməsə də alınmayıb. Bir çox məşhurların iştirak etdiyi tədbirdən şəkillər sosial şəbəkədə yayılıb. 
Cenifer Nyu-Yorkun dəbdəbəli restoranlarından birində 100-ə yaxın yaxınını bir araya toplayıb. İfaçının rəfiqələri, dostları və ailə üzvlərinin olduğu gecəyə aktrisa-model Keyt Aptonun keçmiş sevgilisi Maksim Çmerkovskiy də qatılıb. Cütlük dost olduğunu söyləsə də, hər kəs onlarına arasında eşq macərası yaşandığını iddia edir. Cennifer öz ad gününə cazibədar ağ geyimdə qatılıb, sənətçi bütünlüklə ağ rəngə üstünlük verib. 
Hədiyyələrdən ən maraqlısı isə Lopezin bürcünü əks etdirən və bədən quruluşuna uyğun tortun hazırlanması olub.
 

 

 

 

 




Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla