Müğənni qızılgüllərə qərq oldu

Millət vəkili, bəstəkar Novruz Aslan yeni mahnı yazıb. ORadio-nun verdiyi məlumata görə, bəstəkar növbəti millət vəkili Eldar Quliyevin sözlərinə "Qızılgülüm” adlı mahnı bəstələyib. Bəstəkar ritmik və şən üslubda yazdığı mahnını müğənni Sevinc Musayevaya təqdim edib. Artıq mahnının klipi də çəkilib. Rejissor Nail Naiboğlu mahnının sözlərinə və ritminə uyğun əlvan dekor və səhnələr çəkib. Sevinc Musayeva isə üzəri qızılgüllərlə bəzədilmiş libasda  kameralar önünə keçib. Müğənninin geyimlərinin müəllifi modelyer Şəlalə Maqsudova, stilist isə Nura Babayevadır. Müğənni klipin çox dinamik, əlvan və sevgi dolu olduğunu bildirirərək, tamaşaçıların zövqünü oxşayacağına inanır.  "Mahnının sözləri çox sadə, asan və diləyatımlıdır. Əslində bu cür mahnılar üçün sözlər məhz belə olmalıdır. Novruz Aslan isə həmişə olduğu kimi müasir və maraqlı bir bəstə ərsəyə gətirib”.
Xanım ifaçının fotolarını sizə təqdim edirik:
 

 

 

 

 

 

 

 


 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla