"Çox yaxında" dava var...

Məşhur yumor ustaları Cem Yılmaz və Şahan Gökbahar arasındakı gərginlik yenə zirvəyə dırmaşıb
ORadio-nun verdiyi məlumata görə, Cem Yılmaz "Çox yaxında" filmiylə Şahan Gökbakarın 7 milyonluq rekordunu qıracağını söyləyib. Bunu eşidən Şahan, rəqibinə üstü bağlı formada "həsəd və qısqanc" deyib. Məşhur yumor ustaları Cem Yılmaz və Şahan Gökbakar arasındakı gərginlik yenə zirvəyə dırmaşıb. Yeni filmi "Çox yaxında", 3 oktyabrda viziona girəcək olan Yılmaz, Şahan Gökbakarın "Rəcəb İvedik 4" filmiylə qırdığı 7 milyonluq kassa rekorduna deyinib. Cem Yılmazın "7 milyon, əlçatmaz bir rəqəm deyil" sözləri Şahanı hirsləndirib. Dünən İnstagram hesabından "Tamaşaçı rekordu qıran ilk 5 film" siyahısını paylaşan Şahan Gökbakar, siyahının altına: "Türkiyənin ən çox izlənilən ilk 5 filminin 3-ü mənimdir? Yox canım! Mənə bu qüruru yaşattığınız üçün, qısqanan, həsəd edənlərin ağzını bağladığınız üçün və ən əhəmiyyətlisi mənə göstərdiyiniz bu böyük sevgi üçün hamınıza minnətdaram"- yazıb və əlavə edib "qalibə hörmət edin".
 

 

 

 




Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla