Yeni yaşını hamıdan fəqrli qeyd etdi [FOTO]

XX əsrin ən gözəl qadınlarından biri, canlı əfsanə Sofi Loren 80 illik yubileyini dünyanın ən varlı adamı ilə birlikdə qeyd edib.
ORadio-nun verdiyi məlumata görə, bu şəxs meksikalı milyarder Karlos Slimdir. Hər yaşda gözəlliyini qoruyub saxlamağı bacaran aktrisa 80 yaşını həmyaşıdlarından fərqli şəkildə keçirib. Sofi Loren yeni yaşına Meksikada qədəm qoyub. Burada onun şərəfinə yaraşıqlı kişilərin iştirakı ilə qala-şam yeməyi təşkil edilib. 
Qeyd edək ki, Sofi Loreni Meksikaya hər hansı sıradan biri deyil, dünyanın ən varlı kişisi - uzun illərdir ona pərəstişkarlıq edən 74 yaşlı milyarder Karlos Slim dəvət edib. 

 
 

 

 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla