Bakıda keçiriləcək Avropa Oyunlarına həsr olunmuş video

Paytaxtımızda keçiriləcək I Avropa Oyunlarının videoçarxı hazırlanıb.
Oradio.az -ın verdiyi məlumata görə, videoçarxı Baku Media Center təqdim edib. Videoçarx Heydər Əliyev Fondunun maliyə dəstəyi əsasında hazırlanıb.
Hazırlanmış çarxda paytaxtımızın tarixi və yeni tikililəri, görməli yerləri əks olunub. 
Qeyd edək ki, Bakı-2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək. Bunlardan 16-sı olimpiya idman növü, 4-ü isə qeyri-olimpiya idman növü olacaq. Hazırlanmış video sujetdə də tədbir zamanı keçiriləcək idman növləri maraqlı fraqmentlərlə təsvir olunub.
 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla