Elza Seyidcahan "Bu şəhərdə"ni məhkəməyə verir

 

 Əməkdar artist Elza Seyidcahan "Bu şəhərdə"ni məhkəməyə verəcək. Oradio.az -ın məlumatına görə, müğənni bu haqda öz şəxsi instagram səhifəsində yazıb.
Hər zaman öz qeyri-adi geyimi, qeyri-adi saç düzümü ilə seçilən müğənni bu dəfə də "Bu şəhərdə" yumoristlərinin hədəfinə tuş gəlib. Müğənni parodiya olunacaq səhnədən şəkli paylaşaraq, "Mənə gülürsüz??? Gülün, Gülün..! Ay mənim çarıqlarımı geyib, yerişimi gəzə bilməyənlər...!? Görüşərik tezliklə.... İnşallah... Özü də elə səhnədə...! Hamının gözü qarşısında....!!!?" sözlərini yazıb. Digər bir şəkildə isə "Bu şəhərdə" yumoristlərini məhkəməyə verəcəyini yazıb.
 Onu da qeyd edək ki, müğənni Elza Seyidcahan bir dəfə "Bu şəhərdə" səhnəsində parodiya edilib.



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla