Elnur Mikayılov: “Avropa oyunlarında kamançada ifam dünyaya bir mesaj idi”

   

"Oradio.az" Gün.aza istinadən  xəbər verir ki, bu musiqi alətinin imkanlarını böyük stadiondan dünya ictimaiyyətinə eşitdirən Elnur Mikayılov əslində bunun mesaj xarakteri daşıdığını bildirib:

    "Tarın Azərbaycanın milli aləti olduğu YUNESKO-da təsdiqini tapdı. Kamança da bizim milli alətimizdi. Amma onun tarixini yadlaşdırmaq istəyənlər var. Ermənilər buna da cəhd edirlər. Eyni zamanda, İrandan da belə bir iddia ilə çıxış edənlər var, hətta YUNESKO-ya təqdim etmək üçün sənədlər hazırlanır.

    Bağlanış mərasiminin proqramı hazırlanarkən rejissor tərəfindən dəvət aldım və təklif olundu ki, qarışıq bir parça ifa edim. Bir neçə dəqiqə ərzində həm kamançanın xarakterini göstərə bildim, həm də mistik musiqi səsləndirdim. Bu, Azərbaycanı izləyən dünya ictimaiyyətinə bir mesaj idi. Biz kamançanın da milli alətəmiz olduğunu dünyaya göstərdik”.

    Sonda Elnur Mikayılov belə bir missiyanın ona həvalə olunduğu üçün fəxr hissi keçirdiyini diqqətə çatdırdı. 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla