Azərbaycan müğənnisi ağır xəstədir

Sevda

Axşam.az-ın məlumatına görə, sənətçi səhhəti ilə bağlı açıqlama verərək, hazırda ciddi müalicə aldığını bildirib.

O, xəstəliyə görə, oxumağı da atdığını söyləyib: "Müalicələrim davam edir. Sağalmağım çox çətindir, amma mümkünsüz deyil. Həkimlər söz veriblər ki, problemi aradan qaldıracaqlar. Əgər buradakı müalicə bir nəticə verməsə, xaricə gedəcəm. Xəstəlik bütün vaxtımı alırdı, ona görə sənətdən də uzaqlaşdım. Ruhdan düşmüşəm. Bütün yeni mahnılarım hazırdır. Amma təqdim etməyə həvəsim qalmayıb. Xəstəliyim düzəldikdən sonra yaradıcılıqla məşğul olacam”.

Şəxsi həyatından danışan Sevda həqiqi sevgi arzuladığını deyib: "Həyatımda həqiqi bir sevgi olmasını istəyirəm. Məni sevənlər, ailə qurmaq istəyənlər çoxdur. Amma səmimiyyətdən uzaq insanlardır. Ona görə də ağ atlı şahzadəmi gözləyirəm ".

 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla