Rusiya mətbuatı: “Azərbaycan 2024 - Olimpiyadasını keçirməyə ən layiqli namizəddir”

   

"Oradio.az" Gün.az-a istinadən xəbər verir ki, bu barədə "Pravda.ru”nəşrində dərc olunan məqalədə deyilir.

    Məqalədə qeyd edilib ki, Bakı mükəmməl şəkildə ilk Avropa Oyunlarına yekun vurdu:

    "Xarici qonaqlar bu oyunları  "hər baxımdan möhtəşəm” ifadəsi ilə qiymətləndirirdilər. Başqa söz tapmaq həqiqətən də çətin idi. 

    Azərbaycan 2,5 il ərzində bu  idman tədbirinə çox yüksək səviyyədə hazırlaşdı. Bu qurur və şərəf Azərbaycana, Avropanın ən gənc və uğurlu ölkəsinə nəsib oldu. Azərbaycan yığması 56 medal qazanaraq, ikinci yeri tutdu”.

    Məqalədə Rusiyanın yüksək səviyyədə Avropa Oyunlarında iştirak etdiyi qeyd edilib.

    Rusiya Dövlət Dumasının üzvü Roman Xudyakov bildirib ki, yarışlar başlayanda Rusiya və Azərbaycan milli komandalarının bütün qızıl və gümüş medalları əldə edəcəklərini bildirib:
    "İndi doğru söylədiyimdən böyük məmnunluq duyuram. Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə nail oldu”.

    Rusiya  Federasiya Şurasının Sosial siyasət Komitəsinin üzvü, Olimpiya çempionu Tatyana Lebedeva isə deyib ki, Azərbaycan 2024-cü ildə Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ uğrunda mübarizə apara bilər:

    "Bakı sübut etdi ki, Avropa Oyunlarının keçirilməsi realdır və oyunları çox yüksək səviyyədə təşkil etdi. Ona görə də oyunları keçirəcək növbəti ölkə üçün heç də asan olmayacaq”.

    Rusiya-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitriy Savelev isə isə düşünür ki, 2024-ci ilə kimi Azərbaycan daha böyük təcrübə toplayacaq:

    "Gələn il Bakı 42-ci Şahmat olimpiadasına, "Formula-1” Qran-priyə, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına və 2020-ci ildə Avropa futbol çempionatına ev sahibliyi edəcək.

    Əgər Bakı Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ uğrunda mübarizə etmək qərarına gəlsə, Rusiyada biz tam bu qərarı dəstəkləyəcək. Bu gün isə biz dost və mehriban qonşumuz olan Azərbaycanın bütün Avropa üçün təşkil etdiyi bayramın  sevincini yaşayırıq”.



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla