Çempionlar prezidentə təşəkkür etdi

    Görüşdə prezident İlham Əliyev ilk Avropa Oyunlarında qalib gələn idmançıları mükafatlandırıb. Yarışda qızıl medal qazanan idmançılar "Şöhrət”, bürünc medal sahibləri isə "Tərəqqi” medalına layiq görülüb.

    "Oradio.az" xəbər verir ki, I Avropa Oyunlarının qızıl mükafatçısı Rafael Ağayev bununla bağlı AzVision.az-a açıqlamasında bildirib ki, belə yüksək ada layiq görüldüyümüz üçün cənab prezidentə təşəkkür edirəm.

    "Buna görə çox sevindim. İnşallah olmayanlara də qismət olsun”. 

    "Bu prezidentimiz tərəfindən bizə verilən böyük qiymətdir”. Bu sözləri isə qızıl mükafatçı, paracüdoçu İlham Zəkiyev deyib. Göstərdiyi diqqət və qayğıya görə, prezidentdə təşəkkür edən "Qızıl oğlan”: "Bu diqqət, qayğı bizim növbəti qələbələrimizə stimul verir” - deyə bildirib.

    Daha bir qızıl mükafatçısı, Yunan-Roma güləşçimiz Elvin Mürsəliyev deyib ki, dövlət başçısı İlham Əliyevin idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması vacib məqam kimi vurğulanmalıdır. O qeyd edib ki, cənab prezident idmana böyük qayğı göstərir və nəticəsi də var. 

    "Bu baxımdan idmançılarımız I Avropa Oyunlarında çox gözəl iştirak edib. Dövlət tərəfindən olan qayğı yenə də öz sözünü deyir. Bizə verilən böyük qiymətə görə də cənab prezidentə təşəkkür edirəm. Bakıda keçirilən I Avropa Oyunlarına necə hazırlaşmışdıqsa, ondan da artıq səviyyədə Rio-da keçiriləcək Olimpiyadaya hazırlaşıram. İstəyirəm ki, Bakıdakı uğurumu Olimpiya oyunlarında da təkrarlayım”.

Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla