"Ağılsız izdihamdan uzaqda" filminin təqdimatı keçirilib

   

"Oradio.az" Report.az-a istinadən  xəbər verir ki, filmin ilk nümayişi media nümayəndələri üçün keçirilib.

    Rejissor Tomas Vinterberqin Tomas Hardinin sevgi romanlarının şedevrlərindən biri olan "Ağılsız izdihamdan uzaqda" romanının motivləri əsasında çəkdiyi film tamaşaçıların rəğbətini qazanıb. Bu film, 2015-ci ildə böyük ekranlara çıxacaq ən çox gözlənilən melodramdır.

    Dram janrında ekranlaşdırılan filmdə Batşeba adlı qızın həyat hekayətindən bəhs edilib. Batşeba vəfat etmiş dayısından ona miras qalan fermada məskunlaşıb. Hələ dayısı sağ olanda Batşeba çoban Qukun evlənmək təklifini rədd edir. Fermer olduqdan sonra o tənha və çox uğurlu fermer Boltvuda da rədd cavabı verir və onun həyatını alt-üst edir. Xanım sonunda yaraşıqlı zabit Troya aşiq olur və onunla ailə qurur. Amma həyatı bu evlilikdən sonra bütünlüklə dəyişir. Hadisələr bundan sonra gözlənilməz axarla davam edir.

    Filmdə Maykl Şin, Keri Malliqan, Rişard Dikson, Mattias Şonarts, Tom Starridj, Cessika Barden və başqaları çəkilib.

    Qeyd edək ki, maraqlı ekran əsərinə kinosevərlər iyulun 2-dən tamaşa edə bilərlər. 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla