"Analıq duyğusunu yaşamaq üçün hər şeyi gözə aldım”-Petek Dinçöz

   

"Oradio.az"ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, müğənni doğum yaxınlaşdıqca qorxu hissi keçirdiyini bildirib: 

    "Normal doğum edəcək cəsarətim var idi, vaxt yaxınlaşdıqca yox oldu. Qorxmağa başladım. İkinci dəfə ana olmağı düşünmürəm. Onsuz da şahzadəmiz var; Yoldaşımın ilk evliliyindən olan Seray mənim də qızımdır. Hamiləlikdən sonrakı planlar hazırdır. Əvvəl tətilə çıxacağıq, sonra iş-güclə məşğul olacağıq. Doğulacaq körpəm İrfan Aslanla oynayacağımız bir reklam layihəsi belə var”.

    Qeyd edək ki, müğənni ana olduqdan sonra iflic olma ehtimalı olduğunu bildirmişdi:

    "Doğuşdan boyun sümüyüm tərsdir. Hamiləlik dövründə iflic olma riskim belə var. Ana olduqdan sonra ölsəm, uşağıma atası baxar. Analıq duyğusunu yaşamaq üçün hər şeyi gözə aldım”.



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla