Hisslərin həqiqi olduğunu sübut edən 11 fakt

   

"Oradio.az"ın  Axşam.az-a istinadən verdiyi xəbərə  görə, Rusiya mətbuatı bununla bağlı maraqlı yazı təqdim edib.

 
Hisslərinizin həqiqi olduğunu sübut edən 11 fakt:

1. O, tez-tez sizi incidir, amma onun bu halına dözürsünüz 

Qarşınızdakı insan bəlkə də sizin haqlı olduğunuzu hələ də dərk etmir. Hər dəfə o yanlış addım atanda, onun ağılsız olduğunu demək istəyirsiniz. Hətta qəlbinizdən hərdən "sənə necə nifrət edirəm” deyə, qışqırmaq keçir. Bütün bu məyusluqlara baxmayaraq, siz onunla birlikdəsiniz.
 
2. Ətrafda deyilən dedi-qoduların sizə təsiri yoxdur

Onun haqqında deyilən şayiələrə saatlarla qualq asa bilərsiniz. Bu ifadələrin heç biri beyninizdə onunla bağlı fikirləri dəyişmir. O, sizin seçdiyiniz və həqiqətən sevdiyiniz insandır.

3. Ona görə həyatınızı daha da çətinləşdirmisiniz

İnsanlarla münasibət qurmaq asan deyil. Hərdən aranızda böyük ayrılıq olur. Hətta onun deyingənliyinə qulaq asmağa vaxtınız belə yoxdur. Amma şəxsi həyatınızda nəyisə dəyişmək fikrində deyilsiniz. Onsuz yaşamaq onunla olan çətin həyatdan da ağırdır. 

4. Onun arxasınca qaçmağa hazırsınız

Planımızda olmayanları etməyi çoxlarımız sevmirik. Amma lazım gələndə onunla alış-verişə və ya balıq tutmağa gedərik. Onun yanında olmaq sizə kifayətdir. Onun dedikləri ağlasığmaz hərəkətləri belə edirsiniz.
5. Onun yanında utanmırsınız

Çoxlarımız paltarımızı yad insanlar yanında dəyişməkdən çəkinirik. Sevdiyiniz insanların yanında isə çəkinmirsiniz. Bu o deməkdir ki, onu özünüzə doğma biri bilirsiniz.

6. İki dəqiqə kifayətdir

Əgər o gecə zəng vurub, 2 dəqiqə, hətta 30 saniyə belə danışarsa, xoşbəxt olursunuz. Onun sizə qarşı olan 1 dəqiqəlik diqqəti belə kifayətdir.

7. Hər dəqiqə bir-birinizə qışqırırsınız

Onun qışqırmağını belə sevirsiniz. Ona görə də siz də hərdən ona səsinizi ucaldırsınız. Əgər sevgililər bir-birinə əsəbiləşmirsə, qışqırmırsa, demək bu münasibət ciddi deyil.

8. Birlikdə olanda vaxtınız boş keçmir

Elə gün olur ki, yataqdan qalxmaq istəmirsiniz. Birlikdə televizora belə baxa bilərsiniz. Boş vaxt keçirdiyinizi heç vaxt düşünmürsünüz. Birlikdə olmaq belə kifayətdir. 

9. Ona dayanmadan suallar verirsiniz

Sualın nəylə bağlı olmasının əhəmiyyəti yoxdur. Hər dəqiqə ondan nəsə soruşursunuz. Ünsiyyətdə olmaq sizə xoşdur. Onun cavabının nə olacağına isə fikir vermirsiniz. Bu əsl sevgidir. 
10. Hər dəqiqə özünüzü ona xatırladırsınız

Həyatınızda baş verən hər şey onunla bağlıdır. Yeni nəsə öyrənən kimi ona zəng edir və ya mesaj yazırsınız. Xəbərləri onunla bölüşməkdə özünüzü borclu bilirsiniz. Bu da sevginin bir əlamətidir.

11. Ondan qorxursunuz, amma

Bilirsiniz ki, sevdiyiniz şəxs həmişə sizi incidir. Pis insan olduğu üçün yox, sadəcə xasiyyəti belədir. Amma onun əhvalı pis olan kimi narahatlıq keçirirsiniz. Onun əhvalını yaxşılaşdırmağa çalışırsınız.


Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla