İş yerində yatmaq xeyirlidir

 

  "Oradio.az" Qafqazinfo.az-a istinadən xəbər verir ki, alimlərin milyonlarla insana ümid verən bu qənaəti "Personality and Individual Differences" nəşrində dərc edilən məqalədə yer alıb.

    Sınaqda 18-50 yaş arasında 40 nəfər iştirak edib. Könüllülərə nahar fasiləsində yatmaq təklif olunub. Onların müəyyən hissəsi bir saat ərzində rahatlıq gətirən videoçarxlara baxıblar, qalanları isə sakit şəraitdə yata biliblər. Sonra sınaqdan keçirilənlərin intellekti və iş qabiliyyəti yoxlanılıb. Bir saatlıq yuxudan sonra dincələn adamlar onlarda gərginliyin zəiflədiyini, daxili qüvvənin oyandığını və işləmək arzusu yarandığını bildiriblər.

    Qeyd edək ki, iri şirkətlərin çoxu əməkdaşlar üçün müvafiq şərait yaradıblar. Madam ki, insan həqiqətən yatmaq istəyir, bunun üçün ona imkan vermək lazımdır. Bu yuxu onun məhsuldar işləməsini davam etdirmək və öhdəsinə düşən vəzifələri yerinə yetirmək üçün lazımdır.



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla