Əgər müdürünüz əsəbidirsə...

 

  "Oradio.az" Atv.az-a istinadən bildirir ki, Kembric universitetinin mütəxəsislərinin araşdırmasına görə, orta səviyəli menecerlər öz rəhbərliyinin hərəkətlərini təqlid edirlər. Düzdür, bu qanunauyğunluq iş məkanında menecer və rəhbərliyin nə qədər uzaqlıqda olmasından aslıdır. Alimlər araşdırma məqsədi ilə 400 insanı 5 sınaqdan keçiriblər. Sınaqda biznes məktəbinin tələbələri və orta menecer vəzifəsində çalışan insanlar iştirak edib. Sınaqların nəticəsində məlum olub ki, menecerlər hirsli rəhbərliyin yanında daha çox işçilərə qarşı aqressiv olub və qərarları ədalətdən uzaq olub. Hirsli rəhbərlikdən uzaq olan menecerlər isə əksinə öz işçilərinə daha ədalətli davranıblar. Menecerlər öz rəislərində müsbət fikir yaratmaq və iş yerində yüksəlmək üçün öz rəisilərini təqlid etməyə çalışıblar. Əlbəttə, bu davranış əsasən heç də xoşa gəlməyən nəticələrə gətirib çıxarır. Alimlər araşdırmalardan sonra menecerlərə məsləhət görüblər ki, işçilərinə qarşı balansı qorumağı bacarmalı və onların azadlıqlarını həddindən artıq məhdudlaşdırmamalıdırlar.


Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla