Qadın xoşbəxtliyi

Şəfiqə Fərzəliyeva

Qadının ilk xoşbəxtliyi elə onun qadın olmasındadı. Dərk edəndə ki Tanrı qadını nə qədər böyük qüdrət sahibi yaradıb,onda bu xoşbəxtliyi qəbul etməmək düzgün olmazdı.İnsanın kamil yetişməsi formalaşmasıən əvvəl onu tərbiyə edən qadından-anadan asılıdır. Qadın anadır-qadın yaradıcıdır. Allah özündən sonra yaratmaq, gücünü qadına verib. Bu aliliyi dərk etmək üçün qadın ən əvvəl özünə inanmalıdır. Özünə inam isə özünə sevgidən doğur. Qadın özünü sevdiyində,sevildiyini hiss etdiyində xoşbəxt olur.
Fərq etməz əks cinsin nümayəndəsi olsun, ya qeyrisi,əsas odur ki xanımlar diqqətdən kənarda qalmasınlar. Bəs qadını necə sevindirmək,dəyərini anlatmaq olar? Təsəvvür edin ki səhər yuxudan duranda əlinizdə bir çiçək dəstəsi ananızı,ya həyat yoldaşınızı nəvazişlə yuxudan oyadır,onu qucaqlayır onun həyatınızda olduğu üçün çox sevindiyinizi deyirsiniz. O anda qadının gözlərində parlayan sevincdir onun xoşbəxtliyi. Körpəsinin qığıldayaraq bapbalaca əllləriylə boynuna sarılmasıdı qadın xoşbəxtliyi. Bəs qadın özü –özünü xoşbəxt edə bilərmi? Hə bax bu sual hamını maraqlandıran sualdı. Cavabsa birdir-əlbəttə. Indi mən sizə xoşbətlyin kiçik sirlərindən danışacam. Səhər yuxudan durduğunuzda üzünüzdə təbəssüm yerinizdən qalxın. Ürəyinizdə bu səhəri sizə bəxş etdiyi üçün Allaha dua edin və bu sözləri təkraralayın. "bu gün mənim günüm olacaq, mən arzularımı bu gün gerçək etməyi bacaracam. Mən hamıdan güclüyəm. Mən hər şeyin yaxşısına layiqəm,mən bunu bacaracam. Pis xatirələri başınızdan atın. Nifrət etməyi unudun. Heç kimsə sizin nifrətinizi qazanaraaq sizə acı verə biləcək qədər güclü deyil. Yeni günə keçmişdə olanları bağışlamaqdan başlayın. Gününüzün planını qurun. Hətta yaza da bilərsiniz. Xəyal qurmaqdan əsla çəkinməyin.Xəyallarınızın içində özünüzü təsəvvür edin.İnanın ki, xəyal etdiklərinizin ən yaxşısına layiqsiniz. Axı xoşbəxt olanların nəyi sizdəın artıq olub ki!? Onlar da sizin kimi adi insanlardır. Deməli siz də istədiyinizi həyata keçirə bilərsiniz. Sadəcə özünüzə inanın və günə başlayın. Maneə çıxdığında qarşınıza onu sevinclə qarşılamağı bacarın. Işiniz alınmadığında şikayətlənməyə tələsməyin. Bəlkə xeyir elə burasındadır deyə daha pisdən qurtulduğunuza şükür etməyə çalışın.Olduğunuz vəziyyətdən davamlı şikayətlənməyin. Buna sərf etdiyiniz enerjini vəziyyətdən çıxış axtarmağa yönəldin. Tez-tez gəzməyə çıxın,pis xatirləri yada salan əşyalardan qurtulun.Səbəbli, səbəbsiz özünüzü mükafatlandırın. Xoş qoxulu ətirlər alın.Siz hədiyyələrin ən gözəlinə layiqsiniz. Başqalarını əl tutmağı da unutmayın. İnsan ona ehtiyac hissinin olduğunu hiss etdikdə özünün nə qədər başqalaına gərəkli olduğunu hiss edir. Ən əsası isə odur ki, əlində olanlara sevinməyi bacarasan. Əsl xoşbəxtlik də elə bundadır.

Qadın qarşısındakı kişidən nə gözləyir? Zərif cinsin nümayəndələrini xoşbəxt etmək heç də hamının düşündüyü kimi çətin deyil. Bunun üçün nə bahalı hədiyyələr, nə çoxlu pul, nə də nəisə riskli, qeyri-adi addım atmaq lazımdır. ANS PRESS qadınları xoşbəxt etməyin ən asan yollarını oxucularına təqdim edir.

1. Yemək bişirin – Kişilər yemək bişirməz deyə bir qayda yoxdur. Unutmayın ki, ancaq kişilərin ürəyinə gedən yol mədəsindən keçmir. Qadınlar ən asan yeməkləri belə ara-sıra bişirən kişilərin onlara nə qədər dəyər verdiklərini görürlər.

2. Dinləməyi bacarın – Qadınlar danışmağı sevirlər. Bu sirr deyil. Amma onlara yaxşı dinləyici də lazımdır. Bəs nə üçün bu siz olmayasınız? Unutmayın ki, qadınlar özlərinə yaxın bildikləri kişilərə hər şeyi detallarınadək anlatmağı sevirlər.

3. Tərifləyin – Qüsursuz insan yoxdur və hər qadın Afrodita deyil. Amma hər qadının özünə xas xüsusiyyətləri var. Önəmli olan bu özəllikləri və gözəllikləri tapıb onu tərifləməyiniz, dəyər verdiyinizi göstərməyinizdir.

4. "Sən anlamazsan” demə – Bir qadını axmaq yerinə qoymaq onu özündən çıxarmağın ən asan yoludur. Maraqlandığı işlərlə bağlı ona heç vaxt "sən anlamarsan” deməyin. Çalışın maraqlarına cavab verəək başqa bir cavab tapın.

5. Tətil üçün yayı gözləməyin – Azı 2-3 aydan bir birlikdə harasa gedin. Birlikdə keçirilən qısa tətillər belə onun sizə olan inamını,sevgisini və hörmətini artırmağa kömək edəcək, il boyu xoş xatirələrlə xoşbəxt olmasına yardım edəcək.

6. Ailəsi ilə yaxşı davranın – Kişilər, unutmayın ki, sizdən öncədə sevdiyiniz qadının ailəsi, öz həyatı olub. Onun ailəsi ilə yaxşı münasibət qurmağa çalışın.

7. Alış-veriş edin – Qadın və alış-veriş – bu iki kəlmə ayrılmazdırlar. Onun bu işdən daha çox zövq alaraq xoşbəxt olmağını istəyirsinizsə, sizdə səy göstərin. Qadınla birgə çıxdığınız alış-verişdən zövq almağın yollarını tapın və ona şikayət etməyin.

8. Yaradıcı olun – Hər işdə yaradıcılığınızı işə salmağa çalışın. Məsələn, hər dəfə çiçək hədiyyə etmək yerinə fərqli, maraqlı başqa hədiyyələr alın və ya öz əlinizlə hazırlayın.

9. Dürüst olun – Nəinki qadınlar, heç kim yalandan xoşlanmır. Etdiyiniz pis hərəkət olsa belə çalışın hər zaman doğruları danışın. Unutmayın ki, hər yalanın üstü bir gün açılır. Ona doğrunu deməyiniz qadınları daha xoşbəxt etməyə kömək edəcək.

10. Qucaqlaşın – Qucaqlaşmaq üçün hər hansı bir özəl günü gözləmək lazım deyil. Fürsət tapdıqca sevdiyiniz qadını möhkəm-möhkəm qucaqlayın və ona verdiyiniz dəyəri hərəkətlərinizlə göstərin. Birlikdə fotolar çəkdirin.

11. Xoşbəxt olun – qadını cinsi təlabatları ödəmək üçün bir vasitə görməkdən çəkinin. Onunda yataqda xoşbəxt olmasını təmin etməyə çalışın. Unutmayın ki, əgər qadın xöşbəxt deyilsə, heç kim xoşbəxt olmayacaq.

12. Gülün – Onunla birlikdə gülməyə çalışın. Bunun üçün çox üsul var – kinoya gedin, birlikdə əylənin və sairə. Qadınlar onları güldürməyi bacaran kişiləri daha çox sevirlər.

13. Utanma de – Onu sevdiyinizi açıq aşkar deyin. Ürəkdən deyilən "səni sevirəm” sözünü heç bir başqa söz əvəz edə bilməz.

14. Qısqanmayın – Onun hər işinə müdaxilə etməyin. İlk növbədə isə gərəksiz qısqançlıqlarla bezdirməyin.

Aparılan araşdırmalara görə, qadınlar həyatı boyu özlərini xoşbəxt hiss etmək üçün külli miqdarda pul xərcləyirlər. Amma kosmetik vasitəlrə, geyim, ayaqqabıdan başqa onları xoşbəxt edən başqa yollarda var. Aparılan sorğulara görə, qadını xoşbəxt edən faktorlar aşağıdakılardır.

Sevgilidən gələn etiraf
Gözəl saçlar
Gözəl ayaqlara, dəriyə sahib olduğunu bilmək
Gecə yaxşı yatmaq

"Yaşından daha gənc görünürsən” demək

Baxımlı əllər

Xətasız makiyaj

Qaralmaq

 

Müəllif: Shaffyolive




Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla