Üzdəki qırışları açan çərəz

   

Ancaq hər dərdin çarəsi olduğu kimi zamanla mübarizə aparıb, ətraf mühitin dəriyə təsirlərini azaltmağın da yolları var. Daha sağlam və gənc dəriyə sahib olmaq üçün tərkibində bol miqdarda antioksidantlar olan qidalar yemək lazımdır.

 

    Mütəxəssislər dəri yaşlanmasının qarşısını almaqda ən təsirli qidanın günəbaxan tumu olduğunu bildirirlər. Günəbaxan tumunun tərkibində dəri üçün ən faydalı vitamin hesab edilən E vitamini var. Bu vitamin dəri hüceyrələrini yeniləyir və qoruyur. Gündə 15 mq. E vitamini qəbul edən insanların dəriləri daha gec qırışır.

 

    Günəbaxan tumu həm də selen mineralı ilə zəngindir. Yetkin insan gün ərzində 50 mikroqram selen mineralı qəbul etməlidir. Günəbaxan tumunun 100 qramında isə 79.3 mikroqram selen mineralı var.

 

    Günəbaxan tumunun tərkibindəki maddələr orqanizmin daha çox kollagen istehsal etməsinə təkan verərək dəri sallanmasının qarşısını alır. Həmçinin, dərinin daha sağlam və parlaq görünməsini təmin edir.

 

    Bütün bunlar onu göstərir ki, gözəl görünmək üçün bahalı vasitələrə ehtiyac yoxdur. Gündə bir ovuc günəbaxan tumu çıtlayaraq sağlam dəriyə sahib olmaq mümkündür.



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla