“Panasonic” yeni smartfon təqdim edib

    "Oradio.az" Hamar.az-a istinadən xəbər verir ki, Yaponiyanın "Panasonic” elektronika istehsalçısı orta səviyyəli "P55 Novo” smartfonunu təqdim edib. "Panasonic P55 Novo” modeli 1,4 QHs takt tezlikli səkkiznüvəli prosessor, 1 QB əməli və 8 QB daxili yaddaş ("microSD” slotu quraşdırılıb) və iki kamera (üçqat "LED” işıqlandırıcı və 1920×1080 nöqtə təsvir ölçülü video çəkilişi funksiyasına malik 13 meqapiksellik əsas və 5 meqapiksellik ön) ilə təchiz edilib. 5,3 düymlük "IPS” ekranının təsvir ölçüsü 1280×720 piksel təşkil edir. "Wi-Fi 802.11b/g/n”, "Bluetooth 4.0”, "GPS” və "3G HSPA+” simsiz kommunikasiya vasitələri mövcuddur.

    Qurğunun fiziki ölçüləri 147,9×73,8×8,15 mm-dir. Akkumulyator batareyasının tutumu 2500 milliamper/saat təşkil edir. Aparata "Android 4.4 KitKat” mobil əməliyyat sistemi quraşdırılıb. Smartfona "SİM” kart üçün iki slot və infraqırmızı port quraşdırılıb. "Panasonic P55 Novo” modeli artıq 150 dollara satışa çıxarılıb. Yeni qurğu yalnız Hindistanda satılır.



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla