Diana Duqlas dünyasını dəyişdi

   

 "Oradio.az"ın Axşam.az-a istinadən verdiyi məlumata görə, bu barədə Mayklın prodüser şirkətindən rəsmi açıqlama verilib. Onkoloji xəstəliklərdən əziyyət çəkən aktrisa Vudlend-Hillzdəki evində keçinib. 


    Qeyd edək ki, Diana Duqlas Bermud adalarında anadan olub. O, 1943-cü ildə teatrda tanış olduğu həyat yoldaşı Kirklə ailə qurub. Cütlüyün Maykl və Coel adlı iki uşağı var. Diana 22-dən çox filmdə, 60-dan artıq tele-layihədə yer alıb. D.Duqlas bu həftə Los-Ancelesdə dəfn olunacaq.

Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla