Əriyin faydaları

   

A vitamini ilə zəngin olduğu üçün dərinin gigiyenik şəraitinə yaxşı təsir edir. Üzün dərisini gün yandırarkən, əriyin ətindən maska edirlər. Ərikdə karotinin miqdarı çox olduğu üçün, onu uşaqların qidasına daxil etmək məsləhətdir. Ərik təzyiqi olanlar üçün faydalıdır. Onda A vitamini olduğu üçün gözlərə və dəri üçün faydalıdır. Ərik şirəsi hamilə qadınlar üçün çox faydalıdlır. Pakistan alimləri belə hesab edirlər ki, ölkənin bir qəbiləsinin nümayəndələrinin uzun ömür sürməsinə səbəb həmin qəbilənin ənənəvi olaraq əriklə çox qidalanmasıdır. Müəyyən edilib ki, 100 qr ərik qanın yaranma prosesinə 20-40 mq dəmir və ya 200 q təzə qaraciyər kimi təsir göstərir. 150 qram ərik şirəsi insanın bir günlük C vitamininə olan tələbini ödəyir. İldə hər adamın 2,5 kq ərik yeməsi məsləhətdir. Həmçinin A vitamini uzunömürlülük yaradır. Xalq təbabətində ərik astma xəstələrinə də məsləhət görülür, o orqanizmin infeksiya ilə mübarizə aparmasına kömək edir. Çin təbabətində əriyin tumları az miqdarda öskürək zamanı sakitləşdirici vasitə kimi işlədilir. Ərik qurusu – qaysı üzvi turşularla, vitaminlərlə, karotin, fosfor, kalsium və dəmirlə zəngindir. Qaysının əsas üstünlüyü onun tərkibində kaliumun miqdarının çox olmasıdır. Buna görə də ürək-damar sistemi və böyrək xəstəliklərində qaysı yemək faydalıdır. Qurudulmuş ərik hipertoniyanın və qanazlığının müalicəsində istifadə edilir. Bundan başqa qaysı yaddaşı möhkəmləndirir, bağırsağı yumşaldır, beynin damarlarının işinə müsbət təsir göstərir. İsladılmış qaysı bağırsaqları gözəl təmizləyir, qatı həlimi sidikqovucu təsir edir.


Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla