Çox süd içmək böyrəklərdə daş yaradır

   

 Bütün bu deyilənlərə baxmayaraq, təbii südün insan orqanizminə bəzi məqamlarda ziyan verə biləcəyi də istisna deyil.

    "Oradio.az" Atv.az-a istinadən xəbər verir ki, Azərbaycanda təbii qidalarla özünü neçə xəstəlikdən xilas edən Ərşad Əzimzadə bu barədə öz fikirlərini açıqlayıb: "Süd içməyin! Yaxşısı budur, süddən qatıq çalın, çünki qatıq məhsulları qara ciyərin fəaliyyətini yaxşılaşdırır,orqanizmin müqavimətini artırır, onu infeksiyalı xəstəliklərə qarşı davamlı edir. Qatıqda və qatıq məhsullarında orqanizm üçün lazım olan bütün amin turşuları mövcuddur. Qatıq məhsullarından ürək, böyrək və əsəb xəstəliklərini sağaltmaq üçün istifadə edirlər. Onların tərkibində kalsium duzu, dəmir, mis, kobalt vardır. Digər birləşmələrə nisbətən tez həzm olunur və qana tez sorulur. Qatıq məhsulları həm də ona görə qiymətlidir ki, mədə-bağırsaq traktında potogen mikroorqanizmlərin inkişafına mane olur. Kəsmiyi hökmən bitki qidaları və qoz-fındıqla bir vaxtda yemək faydalıdır: 2 xörək qaşığı kəsmiyə 1 çay qaşığı bitki yagı, yaxud 1-2 qaşıq qoz-fındıq ləpəsi qatmaq və tərəvəz salatı ilə birlikdə yemək çox faydalıdır. Amma bir şərtlə, kəsmik də, digər qatıq məhsulları da köhnə olmasın. Xatırladıram ki, qatıq məhsulları və qatığın özü 24 saatdan sonra öz keyfıyyətini itirir." 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla