Keyfiyyətli yaşamaq üçün 3 qayda

    Azaldın, atın, çoxaldın... Nəyi?

Azaldın:

Yediyiniz yeməyin miqdarını, yeməyin duzunu, çayın şəkərini, istifadə etdiyiniz əşyaları, xərclədiyiniz pulu, boşa keçən zamanı, göz yaşlarınızı, dərd etdiklərinizi, xurafat düşüncələrinizi, paltarlarınızı, kompüter, televizor, telefondan istifadəni, insanlardan nə isə gözləməyi.

Atın:

Şikayət etməyi, çəkingənliyi, bəhanələri, biabır olmaq qorxusunu, başqaları üçün yaşamağı, qadir olmadığınızla bağlı düşüncələrinizi, mənfi düşünməyi, mənfi sözlər işlətməyi, qaşqabaq etməyi, əvvəlcədən mühakimə etməyi, insanları tənqid etməyi, onları düzəltməyə çalışmağın daşını atın.

Çoxaldın:

Gülümsəməyi, sevməyi, müsbət düşünməyi, dua etməyi, şükr etməyi, ayaqlarınızın torpaqla təmasını, rəngli geyinməyi, sizi yaxşı hiss etdirən musiqiləri, içdiyiniz su miqdarını, uşaqlarla keçirdiyiniz zamanı, təşəkkür etməyi, üzr istəməyi, salam verməyi, üzrlü saymağı, səbr etməyi, sevginizi layiq olanlarla paylaşmağı, xəyal qurmağı, gözəl söz söyləməyi, kitab oxumağı.



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla