Avtomatlaşdırılmış kitabxana sisteminin tətbiqi ilə bağlı kurslar başlayıb

   

"Oradio.az" Report.az-a istinadən  xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

    Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən keçirilən treninqdə Salyan, Neftçala, Şirvan, Hacıqabul, Biləsuvar, Saatlı və Sabirabad rayonlarının mütəxəssisləri iştirak edib. 
Kursların başlanması münasibətilə keçirilən mərasimdə çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov regionlarda tətbiq ediləcək ALİSA proqramında işləmək üçün həm MARC 21 formatının öyrənilməsi, bu proqramda iş vərdişlərinin mənimsənilməsinin əhəmiyyətindən danışıb.

    Qeyd olunub ki, treninq çərçivəsində dinləyicilər Milli Kitabxananın iş prosesi, yeni iş üsulları və xidmət növləri barədə məlumat əldə edəcək. Treninqi mükəmməl başa vuranlara sertifikat təqdim ediləcək.
Proqramı hazırlayan "Ultra" şirkətinin mütəxəssisi Sərxan Məmmədov ümumi məlumatları diqqətə çatdırıb. Tədbir zamanı şirkətin iki əməkdaşı iştirakçılara ətraflı məlumat verəcək, iş prinsiplərini öyrədəcək, hər bir rayona test rejimində parol və loqin veriləcək. 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla