Çoxərliliyin dəb olduğu Vodaabe tayfası

 










  "Oradio.az" Publika.az-a istinadən xəbər verir ki, Vodaabe tayfası Afrika boyunca köç edərək Niger, Kamerun, Mərkəzi Afrika Respublikası, Çad və Nigeriya kimi ölkələrin ərazisində məskunlaşır.

 

    Hər il yağışlar başlamazdan əvvəl Vodaabi tayfasından olan kişilər Yaake bayramında rəqsə hazırlaşır. Özünə yoldaş tapmaq üçün kişilər 3 qadının ətrafında rəqs edir. Qadınlar da öz növbəsində istədiyi qədər özünə ər seçə bilər.

 

    Bundan əlavə, tayfa qızları evlənməzdən əvvəl istədiyi şəxslə istədiyi yerdə intim münasibətdə ola bilər. Tayfa qanunlarına görə, əri kifir olan qadın ondan qaça bilər. Adətən Yaake rəqslərinə kişilər öz arvadlarını aparmaqdan imtina edir. Çünki kişilər arvadlarının başqa birinə göz qoyaraq onu ər kimi evə gətirməsini yaxşı qarşılamır.



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla