Aygün Kazımova elə bir şou göstərəcək ki...

    "Oradio.az"ın Axşam.az-a istinadən  məlumatına görə, Bakıda olan və vaxtını istirahətə sərf edən müğənni solo konsertə hazırlaşır. 


    İfaçının prodüseri Tolik tədbirin Nabranda baş tutacağını bildirib:

    "Ramazan ayından sonra "Bir parça keks” adlı şou edəcəm. Maraqlı bir ideyam var. Səhnəyə gəlişi fərqli olacaq. Aygün xanım boyda maket formasında keks düzəltdirəcm. Onun içindən çıxacaq. Şounun sonunda isə bütün qonaqlara keks paylanacaq. Möhtəşəm bir gecə planlaşdırmışam".

    Tolik xalq artistinin son zamanlar sosial şəbəkədən uzaqlaşmasına da münasibət bildirib:

    "Aygün xanıma sosial şəbəkə heç vaxt maraqlı olmayıb. Nəsə yazırlar, söyürlər, deyirəm ki, silin. Deyir "Mən üç-dörd adama görə, Aygün Kazımova olmamışam ki”. Heç şəkil də paylaşmır. O, elə xırdalıqlara gedən deyil”.

Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla