Daha bir azərbaycanlıdan uğur

 


  "Oradio.az" Qafqazinfo.az-a istinadən xəbər verir ki, hazırda Hollandiyada yaşayan Bəhruz Məmmədovun həmtəsisçisi və əsas səhmdarlarından olduğu "Eurekite” şirkəti ABŞ-ın "Cottonwood” investisiya şirkəti tərəfindən 2.5 milyon avro qiymətləndirmədə 1 milyon avro investisiya barəsində müqaviləyə imzalayıb. 


    Bu barədə danışan B. Məmmədov qeyd edib ki, "Eurekite” şirkəti Niderlanda yerləşir və Avropanın ən böyük nanotexnologiya institutu olan "Mesa+” Nanotexnologiyalar İnstitutundan törəmə şirkətdir. Şirkətin əsas istiqaməti nanomaterial əsasında yeni tip elektron cihazları hazırlamaqdır. Şirkət öz texnologiyalarından istifadə edərək yeni tip temperatura davamlı sensorların və millimetr dalğa uzunluğunda işləyən radar texnologiyalarının inkişaf etdirilməsi ilə məşğuldur. 

    Şirkətlə ilkin razılaşmaya əsasən bir ildən sonra 10-20 milyon avro arası 2-ci mərhələ investisiyanın olması gözlənilir. 

    Qeyd edək ki, B. Məmmədov ilk azərbaycanlı gəncdir ki, nanotexnologiya sahəsində beynəlxalq şirkətin əsasını qoyub.



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla