11 yaşlı fanatına 50 min dollar bağışladı

 

  "Oradio.az" Gün.az-a  istinadən xəbər verir ki, Arizonada yaşayan 11 yaşlı Naomi Oakesun ailəsi iyunun sonunda xərçəng diaqnozu qoyulan qızın müalicəsinə tələb olunan vəsaitin toplanması üçün kampaniyaya başlayıb.

    Naominin əmisinin sözlərinə görə, onlar müalicə xərclərinin qarşılanması üçün kampaniya nəticəsində 30 min dollar toplamağı hədəfləyirdilər.

    11 yaşlı fanatının müalicəsi üçün kampaniya keçirildiyini öyrənən populyar müğənni qızın hesabına 3 dəfə 15 min və 1 dəfə 5 min dollar pul keçirib.

    Müğənni 11 yaşlı fanatına maddi yardım göstərməklə kifayətlənməyərək, ona xoş sözlərlə dolu mesaj da göndərib.

    T.Sviftin bu dəstəyindən çox məmnun olan Naomi və ailəsi cavab olaraq, müğənni üçün təşəkkür videoçarxı hazırlayaraq paylaşıblar.

    Kampaniya çərçivəsində isə artıq 65 min dollar yığılıb.


Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla