Bronz makiyajı bele edirlər

 

Adriana Lima, Ceniffer Lopez, Qisele Bünxen kimi məşhur simaların işıltılı dərilərinə həsəd aparmaqdansa, sirrini öyrənin. Ehtiyacınız olan tək şey doğru bir bronz makiyajdır."Oradio.az"  bronz makiyajın sirrini təqdim edir.

 

 

İlk olaraq düzgün bronz kremi seçin. Dərinizə təbii istilik qatmaq və təbii bir dəri görünüşü əldə etmək üçün bronzlaşdırıcı kremin normal cild dərisindən bir, ya iki ton daha tünd olmasına diqqət edin.

 

 

Kremi üzünüzə geniş və təmiz makiyaj fırçası ilə sürtün və fırça ilə kremin artıqlarını yayın. Sonra kremi yenidən burun sümüyü, alın və çənəyə sürtün.

Nude və çəhrayı ton dodaq boyaları bronz makiyajı tamamlamaq üçün ideal sayılır.  

 

Baxışlar üçün isə göz çərçivənizi qara göz qələmi ilə əhatəyə alın və göz fırçası ilə karandaşı yayın. İkiqat tuj da vursanız, bronz makiyajınız tam hazır olacaq.



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla