Demet Akalının üzü yandı

 

  "Oradio.az" Axşam.az-a  istinadən xəbər verir ki, İnstaqram səhifəsində üzü yanmış halda fotosunu paylaşan ifaçı insanlara ismarış göndərib. O, 20 yaşını qeyd edərkən qazla dolu şarların partlaması nəticəsində üzü, əli və ayaqlarının yandığını bildirərək, uşaqları bu cür əyləncə vasitələrindən uzaq saxlamağı məsləhət görüb: 

    "İllər əvvəl uçan şarın partlaması səbəbindən yanmışdım. Xəbərdarlıq etmək istədim. Uşaqlara qazlı şar, əsla almayın”. 

    Qeyd edək ki, Demetin fotosu ilk əvvəl sevənlərini həyəcanlandırsa da, daha sonra məsələnin mahiyyətini öyrənən izləyicilər bunun üçün müğənniyə təşəkkür ediblər. 

Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla