Yoxsulların Papasına qeyri-adi hədiyyə

 

  "Oradio.az" Milli.az-a  istinadən bildirir ki, Morales dünya katoliklərinin liderinə oraq və çəkic formasında olan ağac "Məsih çarmıxı" bağışlayıb.
İsa Məsihin çarmıxdakı görkəminin kommunizm ideyalarının simvolunun üzərində olmasını katoliklər birmənalı qarşılamayıblar. Onlar oraq-çəkici ateizm nişanəsi sayırlar.

La Vanguardia-nın məlumatına görə, Papaya verilən hədiyyə 1980-ci ildə insan haqlarının müdafiəsi ilə məşğul olduğu üçün La-Pas şəhərində qətlə yetirilmiş boliviyalı yezuit keşiş Luis Espinalın əsərinin surətidir.

Keşiş həmin əsəri 1978-ci ilin yanvarında Boliviyadakı məşhur aclıq aksiyasına həsr etmişdi. Məhz həmin aksiya Boliviya diktatoru Uqo Banseri seçkilər keçirməyə vadar etmişdi.
Boliviya rəsmiləri hədiyyədə heç bir qalmaqal məqsədi olmadığını deyiblər.
"Roma Papası belə hədiyyəni almalıydı, çünki yoxsulların papasıdır. Hədiyyənin mənası da bu idi", - Boliviyanın rabitə naziri Marianela Pako bildirib.

Vatikanın mətbuat xidmətinin rəhbəri Federiko Lombardi də hədiyyənin normal olduğunu bildirib: "1-ci Fransisk aldığı hədiyyəyə heç bir neqativ reaksiya verməyib".
 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla