"Mercedes" üçün ən güclü sedan [Foto]

Mersedes

Güman edilirdi ki, "Mercedes-Benz E63 AMG S-Model” modifikasiyasının meydana çıxması ilə biznes-klass sedanları üçün ən yüksək gücə nail olunub və sürət sevənlərin çoxu 585 at gücü ilə kifayətlənəcəklər.

Lakin hər zaman daha yüksək məhsuldarlıq arzusunda olanlar tapılır. Məhz belə avtomobil sevənlər üçün "Wheelsandmore” atelyesi yeni "Seven-11” tamamlanma proqramı hazırladı. 

Milli.Az Auto.Az-a istinadən bildirir ki, lüks avtomobilin ənənəvi orijinal dizaynını qoruyub saxlayan alman tüner ustaları güc qurğusunu tamamladılar, asılqanı təkmilləşdirdilər və təkərləri dəyişdilər.

5.5-litlik tvin-turbo V8 mühərrikinin yenilənməsinə səsi tənzimləyən qapağı olan idman qazburaxma sistemi və elektron idarəetmə blokunun yenidən proqramlaşdırılması daxildir. Bunun sayəsində gücü 700 a.g.-ə və fırlanma anını 1000 Nm-ə qədər artırmaq mümkün oldu.

Avtomobilin klirensini 30 mm aşağı salmaqla tünerlər qabaq oxda 20x9.5, arxa oxda isə 20x11 ölçülü eksklüziv dizayna malik "6Sporz ²” döymə disklərini quraşdırdılar. Disklərə qabaqdan 255/30, arxadan isə 295/25 ölçülərində aşağıprofilli "Continental Sport Contact 5P” şinləri "geyindirilmişdir”.

Mersedes

 

Mersedes

 

Mersedes

 

 


 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla