Beş yüzdən biri: Audi TT "Competition" [Foto]

Audi

"Audi” şirkəti "TTS” ailəsinin "TT” modelinin "Competition” adı almış xüsusi modifikasiyasının 500-cü nümunəsinin istehsalını qeyd edəcək. Bu versiyada cəmi 500 avtomobil yığılacaq, onlardan birinciləri dilerlərə cari ilin oktyabrında çatacaq.

Milli.Az Auto.Az-a istinadən bildirir ki, yenilik yalnız iki ban rəngində təqdim olunacaq: boz və sarı. Avtomobillər həmçinin, tutqun alüminium kimi qoymaları olan müəyyən edilmiş arxa spoyler, 225/35 ölçülü şinləri olan 19-düymlük təkər diskləri, xüsusi interyer bəzəyi və qapı panellərində "1 of 500” yazılmış xüsusi metal lövhəciklər əldə edəcəklər.

"TTS” ailəsi 272 a.g. verən ikilitrik turbolaşdırılmış mühərriklə təchiz olunur. Bu mühərrik həm "mexanika”, həm də iki muftalı, altıpilləli robotlaşdırılmış S tronic sürət qutusu ilə birgə işləyə bilər.

Kupe və rodster ilk "yüzü” müvafiq olaraq, 5,3 və 5,5 saniyəyə yığırlar. Maksimal sürət 250 km/saatda elektronika ilə məhdudlaşıb.

"Competition” versiyalı avtomobillər adi "TTS”-dən 1900 avro baha olacaq. Almaniyada baza kupesinin qiymətləri 46,7 min avrodan, rodsterin qiyməti isə 49,6 min avrodan başlayır.

Audi

 

 

Audi

 

 

Audi

 

 

Audi

 

Audi


 


 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla