Azərbaycanın üç klubuna sərt cəza

Affa

"Neftçi” – "Simurq” matçında "Simurq”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 42-ci dəqiqəsində "Neftçi”nin futbolçusu Elvin Yunuszadə sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 8, 31 və 73-cü dəqiqələrində "Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub.
 "İnter” – AZAL matçında "İnter”in 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
"Qarabağ” – "Xəzər Lənkəran” oyununun 26-cı dəqiqəsində "Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub.
"Sumqayıt” – "Qəbələ” matçında "Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 61-ci dəqiqəsində "Qəbələ”nin futbolçusu Vladimir Levin idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla