Aygün Kazımovaya diplomatik pasport verilib

Aygun Kazimova

Bu barədə AzNews.az məlumat yayıb. Xəbərə görə, A. Kazımova diplomatik pasportu ötən il noyabrın 1-də əldə edib.  Xalq artisti bu günə qədər bu pasportdan 15 dəfə istifadə edib. Pasportda olan möhürlərdən bəlli olur ki, A. Kazımovanın diplomatik pasportla etdiyi səfərlər əsasən Türkiyəyə, bir dəfə isə Rusiyaya olub. Sayt A. Kazımovanın diplomatik pasportunun seriya nömrəsini də təqdim edib: S0120909
 A.Kazımovanın prodüseri Almaz Mustafayeva məlumatı təsdiqləyib. O deyib ki, həqiqətən də xalq artistinin diplomatik pasportu var. Xatırladaq ki, qanunvericilikdə xalq artistlərinə diplomatik pasportun verilməsi nəzərdə tutulmayıb. Bu baxımdan, A.Kazımovanın bu pasportu necə alması maraqlıdır. Sayt Xarici İşlər Nazirliyindən məsələyə münasibət öyrənə bilməyib.



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla