Aygün Kazımova diplomatik pasportundan danışdı

Aygun Kazimova

Axşam.az xəbər verir ki, müğənni açıqlamasında deyib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil:"Belə bir pasportumun olmasını çox istəyərdim. İnşallah, bir gün diplomatik pasporta da layiq görülərəm. Mən hansı rəngdə pasport işlədirəmsə, onunla qürur duyuram. Bu, xəbəri yazan saytın mənə qarşı növbəti şər və böhtanıdır.
Məlumatda prodüserim olaraq təqdim edilən Almaz Mustafayevanın bunu təsdiqlədiyi bildirilir. Almaz Mustafayeva heç vaxt mənim prodüserim olmayıb. Onunla telefonda tamam başqa mövzularda danışılıb”.Xatırladaq ki, dünən aznews.az saytında Aygün Kazımovanın ötən ilin noyabrından diplomatik pasport əldə etməsi haqda xəbər yayılıb. Yazıda qeyd edilib ki, qanunvericilikdə xalq artistlərinə diplomatik pasportun verilməsi nəzərdə tutulmayıb: "Bu baxımdan, A.Kazımovanın bu pasportu necə alması maraqlıdır”.



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla