Əmrahın 200 evi var

Emrah

Axşam.az-ın məlumatına görə, onlar qazandıqları pulun əksər hissəsini daşınmaz əmlak sahəsinə yatırır. Türkiyə mətbuatı həmin məşhurların siyahısını hazırlayıb. 25 ildir səhnədə olan müğənni Sibel Canın İstanbulun fərqli yerlərində 50-yə qədər evi var. Bununla yanaşı sənətçinin Mayamidə bir villası və Bodrumda mülkləri mövcuddur. Kiçik yaşlarından səhnədə olan Əmrahın var-dövləti qədər sərvət Türkiyədə çox az məşhurda var. Qazandığı pula yalnız ev alan müğənninin Levent və Etilərdə 200 mənzili mövcuddur. Ticarət mərkəzlərinin birində 2 mağazası olan Əmrahın 2 milyon dollar qiyməti olan idman kompleksi də fəaliyyət göstərir. Müğənni Seda Sayanın Etilər və Qayrıtəpədə 2, İstanbulun digər müxtəlif yerlərində isə 30 evi var. Bodrumda 3 villası olan Seda Londonda da bir mənzilə sahibdir. "Kurtlar vadisi pusu” serialı ilə məşhurlaşan aktyor Necati Şaşmazın Ataşəhirdə 50 mənzili və bir supermarketi var. O, eyni zamanda Şişlidə 18 ev alıb. Son illərdə çəkildiyi seriallarla sevilən Kıvanç Tatlıtuğ Göcekdə 700 min dollar dəyərində bir evə, Gümüşlüdə bir mənzilə və Samandırda 1,5 milyon lirə qiyməti olan villaya sahibdir. O, eyni zamanda 3 milyon dollara 3 mağaza satın alıb. Aktyor Kənan İmırzalıoğlu oynadığı serial, film və reklam çarxlarından gələn gəlirini müxtəlif bölgələrdə qədim binalar almağa xərcləyir. Cihangirdə bir otel alan Kənanın Cunda adasında torpaq sahəsi mövcuddur.

 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla