Tünzalə Ağayeva: "Maral mahnısı musiqimizi məhv edir

Tenzale

axşam.az-ın məlumatına görə, ANS telekanalında yayımlanan "Günə baxan” verilşinə qonaq olan müğənni bayağı mahnılardan söz açaraq, onları tənqid edib: "Nadirə görə yalandan deməyəcəm ki, "Maral”a qulaq asmışam. Amma o mahnının səs-sədasını eşitmişəm. Bu cür bayağı mahnıların son vaxtlar çox yayılması heç də xoş hal deyil. Onlar tarix boyu hər zaman olub, heç kim də qarşısını ala bilməyib. Onlar böyük bir cərəyandır. Bu cür mahnıları terror adlandırıram. Musiqimizi məhv edirlər.
Mən də pop janrında mahnı bəstələyirəm, amma görün necə gözəl sözlərdən istifadə edirəm, jarqondan uzaq oluram. Hər zaman deyirəm, belə mahnılar virusdur. Bir dəfə qulaq asırsan, artıq ikincidə sözləri əzbərləyirsən.
Buna görə də hit olacaq daha yaxşı mahnı oxumaq lazımdır”.

 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla