Şou əhli toyda müğənnidir, evdə ibadətçi

Shou Biznes

Modern.az Saytnın verdiyi məlumata görə
Xalq artisti Alim Qasımovun ibadət etdiyi çoxlarına məlumdur. Sənətkar dəfələrlə etdiyi çıxışlarda da bu barədə açıqlamalar verib. Onun qızı, əməkdar artist Fərqanə Qasımova da 10 ildən artıqdır ki, namaz qılır, oruc tutur.

Səhnəyə ilk gəlişində açıq-saçıq geyimləri ilə diqqət çəkən, bir çox məqamlarda isə yaşlı həmkarlarının tənqidinə tuş gələn müğənni Xuraman Şuşalı da indi "hacı xanım”dır. İki övlad anası olan X.Şuşalı artıq kişi məclislərinə də getmir. Dediyinə görə, ancaq qadın toylarında oxuyur və özünün qadınlardan ibarət qrupu var.

Tanınmış müğənni İzzət Bağırov isə ilk dəfə 1996-cı ildə Həcc ziyarətində olub. Müğənni bundan sonra da bir neçə dəfə müqəddəs torpaqları ziyarət edib. İzzət Bağırovla bağlı diqqət çəkən məqam isə sənətçinin son 7-8 ilə qədər çəkdirdiyi kliplərdə tərəf müqabillərinin açıq-saçıq hesab olunan geyimlər geyinməsi idi. Ona görə də başa düşülmür, Həccə getmək nədir, açıq-saçıq qızlarla klip çəkdirmək nə...

Əməkdar artist Tünzalə Ağayeva da ibadət edən sənətçilər sırasındadır. Amma müğənni bu barədə, demək olar ki, danışmır. Məlum olan odur ki, T.Ağayeva namaz qılır və səhhətinin imkan verdiyi qədər oruc tutur.

Müğənni Samirə Allahverdi isə davranışları və geyimi ilə digərlərindən seçilən sənətçilər sırasındadır. İndiyə kimi, demək olar ki, qısa ətəkdə görünməyən müğənni uzun illərdir ki, ibadət edir.

Tanınmış müğənni Nadir Bayramlı Həcc ziyarətində olan sənətçilərdəndir. 10 ildir ki, Allahın buyruğunu yerinə yetirir.

"Bu şəhərdə”nin oğlanları Coşqun Rəhimov və Rafael İsgəndərov müqəddəs torpaqları ziyarət ediblər. Xatırlayırsınızsa, ötən il onlar ikilikdə Həcc ziyarətinə getmişdilər. 

Aktyor Elməddin Cəfərovun ibadət etdiyi isə 7-8 ildir. Komediya aktyoru olmasına baxmayaraq, Cəfərov namaz-niyazından qalmır.

Müğənni Yusif Mustafayev isə daha uzun müddətdir ki, Allahın buyruğunu yerinə yetirir. 20 ildən çoxdur ki, namaz qılan Y.Mustafayev sonuncu Ramazanda iftar süfrəsi də açmışdı.

Yadınızdadırsa, xalq artisti Brilliant Dadaşova da namaz qıldığını açıqlamış və onun bu açıqlaması bəzi sənət adamları, xüsusən həmkarı Aygün Kazımova tərəfindən kinayə ilə qarşılanmışdı.

Əməkdar artist Eyyub Yaqubov da ibadət edən sənətçilər sırasındadır. Amma müğənni heç vaxt bu barədə nə efirdə, nə də mətbuata danışıb.

"Şeron” qrupunun rəhbəri Rüstəm Zeynallını da dindar sənətçilər sırasına aid etmək olar.

Meyxanaçılar arasında da ibadətindən qalmayanlar var. Bu sırada ən təcrübəlisi Ağamirzədir. Ustadın bildirdiyinə görə, 1998-ci ildən namaz qılır, oruc tutur.

Aqşin Fateh isə son illər, demək olar ki, meyxanadan uzaqlaşıb və yaradıcılığını dini mahnılar oxumağa həsr edib.

Mehman Əhmədli və Elşən Xəzər də efirdə namaz qıldıqlarını açıqlayıblar. Hətta Elşən Xəzərin də yaxın vaxtlarda özünü bütünlüklə ibadətə həsr edəcəyi deyilir.

 




Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla