Röya yenə aləmi qatdı: "İndiyə qədər haram pul yeməmişəm"

Roya Ayxan

 

Milli.Az "qafqazinfo”ya istinadən məlumatına görə, mahnının sözlərini yazan Leyli İsrafilova başqa şairin mahnını öz adına çıxdığı haqqında şaiyələr gəzdiyini bildirib. Şairə bu haqda "Facebook” səhifəsində yazıb: "Deyirlər qulaq gündə bir söz eşitməsə, kar olar. Dünən çox gülməli bir söz eşitdim, Azad İsayev adlı şair var, Röyanın "Son görüş" mahnısının sözlərini yazıb, hal-hazırda indi haradadır bilinmir. Amma mənə xəbər çatıb ki, mənim Pərviz Mahmudovun musiqisinə yazdığım "Çarəsiz xəstəlik" adlı şeiri guya həmin bu "şair" yazıb və bəstəkara da deyib ki, istəmirəm adım bilinsin, yoxsa oxumazlar, qoy Leylinin adı getsin.

Həmin bu "Çarəsiz xəstəlik” mənə bir dostumun sifarişi idi və mən də həm bəstəkarın, həm də Hakanın yanında bu sözləri keçən il yazdım. İndiyə qədər də haram pul yeməmişəm, mahnıdan əgər bəstəkar 3000-2000 manat alırsa, mən sadəcə 500 manat (onu da çox verən yoxdur heç) almışam.

İndiyə qədər mən heç kimin sözlərini mənimsəyib, belə boş-boş danışmamışam. Əksinə başqalarına söz yazıb müəllif hüquqlarından imtina etmişəm. Bu dəfə ağlıma çox ağıllı fikir gəlib. Həmin o şair versin mənə 50.000 manat mən də bağışlayım ona öz sözlərimi və müəllif hüquqlarından imtina edim. Nə şiş yansın, nə kabab. Bir də bir şey var, bu sözü deyən adam həm şair, həm hacıdır. İnanmıram ki, Həccə gedəsən, Tövbə qapısında tövbə edəsən, Kəbəni fırlanasan, Allaha dua edəsən, şeytan daşlayasan və sonda insan haqqını yeyəsən”.


Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla