Anar Nağılbaz döyüş filminə çəkiləcək

Anar Nagilbaz

Lent.az-a Nağılbazın özü məlumat verib. O, bildirib ki, neçə müddətdir ona döyüş səhnələri olan filmdə çəkilməyi təklif ediblər:  "Artıq özümü aktyor kimi sınamaq qərarına gəlmişəm. Bu film barədə mənə təklif gələndə, bir müddət düşündüm, sonra razılıq verdim. Amma filmin çəkilişləri hələ bir müddət çəkəcək. Ekran işinin digər ölkələrdə də yayımlanacağı gözlənilir".
 Reper daha sonra bildirib ki, bir neçə sənətçiylə birgə layihə üzərində çalışır: "Əməkdar artistlər Aygün Bəylər, Zaur Əmiraslanov, müğənni Natəvan Həbibi, reper Elşad Xose, onun tələbəsi Raiq və mən birgə yeni mahnı ifa etmişik. Amma bu barədə bütün işlər yekunlaşdıqdan sonra, daha ətraflı məlumat verəcəm”.

 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla