"Statistikaya görə..."

Statistikaya görə,qadınlar kişilərdən 6-7 yaş çox yaşaşayırlar. Bu sirrin açılması üzərində alimlər hələ də baş sındırır. Qadınların çox yaşamasının tez-tez aglamaları ilə əlaqəli olduğu kimi fərziyyələrdə irəli sürülür. Guya,kişilərin öz cuzi yaşlarının hesabına ömürlərindən gedən illərlə verir.

Təbiət əzəldən qadını nəslin qoruyucusu kimi yaratməşdır. Bu səbəbdən də, fiziki zəifliyinə baxmayaraqda daha dözümlü etmişdir. Misal üçün,kişilər ağrını daha pis keçirdir. Immunitetləri də,qadına nisbətən daha aşağı olur. Qadın orqanizmi radiasiyaya qarşı 25-30% daha dözümlüdür. Həmçinin qadın damarları qoruyucu hormon-estrogenlər hesabına daha elastikdir. Məhz bu səbəbə ,qadınlar 60 yaşına qədər infarkt və insultlardan "pərdələnmişdir”. Üçüncü,dördüncü doguşa kimi qadınlar cavanlaşır. Onların orqanizmi sanki ikinci nəfəs,özünəməxsus təbii doping alır. Əfsus ki, kişilər təbiətən bu imkanlardan məhrumdur.Təbiət kişi cinsini sanki bütün ağlasığan və sığmayan təhlükələrlə məruz qoyaraq sınaqlara tab gətirənlərə nəslin ən yaxşı davamçısı olmaq imkanları yaratmışdır. Bu bir növ uyğunlaşma qabiliyyətinə görə mükafatdır. Eyni sosial-iqtisadi və başqa şəraitdə kişilər yenə də qadınlardan tez vəfat edir.Əlbətdə ki, tütün və spirtli içkilər də öz işini görür. Lakin ürək sonuncu nöqtədir.Nə etmək olar kişilərin bəxti belədir.

Kişilərdə yaş keçdikcə cinsi fəaliyyət azalır lakin bu problemi kiminləsə bölüşmək onların ağlına belə gəlmir. Qadınlarda isə tam əksinə.

Belə çıxırki təbiət özü kişinin az yaşamasını istəyir. Axı təkamül baxımından məhz kişi lider hesab olunur. Onun həyati sınaqlarından, demək, riskdən ibarətdir. Qadın daha ehtiyatlıdır. O, instinktiv olaraq qismətinin analıq olduğunu anlayır. O, məhv olarsa övladıda məhv olar. Bu populyasiyaların ümumi təkamül qanunudur. 70 sürünənlər növündən 62-də erkəklər dişilərdən az yaşayır. Burada da eyni səbələr rol alır. Erkək təhlükə altına atılaraq daim təhlükə altındadır. Dişi isə daha ehtiyatlıdır axı o, nəslinə görə cavabdehlik daşıyır. Təbiət qadınları qorumaq naminə kişiləri qurban verir.

Amma məyus olmağa dəyməz. ən sonu nə qədər yaşayacağımız özümüzdən asılıdır. Orqanizmini amansızcasına məhv etməklə məşğul olmasa, insan 150 ilə yaşamağa qadirdir. Bu gün alimlər artıq hüceyrələrin və orqanizmin qocalmasını idarə edə biləcək mexanizmin yaradılmasına yaxınlaşmışlar. Bu isə o deməkdir ki,insanlar könüllü ya qeyri-ixtiyari ölməzlik problemi ilə üzləşəcək.

 

Müəllif: Shaffyolive



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla