Gülnarə Vəkilova: "Qızımın həyatı üçün hər şeyə hazır idim…"

Gülnarə Vəkilova: "Qızımın həyatı üçün hərşeyə hazır idim…"

 

Məktəbi bitirməyə hazırlaşan 16 yaşlı Zivər, qarşıda onu xoşbəxt günlərin gözlədiyini zənn edirdi. Məktəbi bitirdikdən sonra universitetə hazırlaşırdı. Hərgün böyük həvəslə və məqsəd yönlü şəkildə arzularını reallaşdırmaq istəyirdi. Herşey çox gözəl gedirdi, amma gözlənilmədən Zivərin güclü baş ağrıları başladı.

Qızın anası Gülnarə Vəkilova danışır: "Müraciət etdiyimiz həkim dedi ki, imtahan öncəsi stressdən və çox hazırlaşmanın yorğunluğudur. Vitaminlər yazıldı amma Zivərin baş ağrıları gün keçdikce şiddətlənirdi. Yenidən həkimə müraciət edildi və Zivərin beyin tomoqrafiyası çəkildi, onda ?Medulloblastoma’ pis xasəlı şiş aşkar olundu.Həkim bu sözləri deyəndə dünyam dağıldı, amma güclü olmaq lazım idi qızım üçün. Göz yaşlarımı sildim onu sağalatmaq üçün yollar axtarmağa başladıq.

 2011-ci ildəndi sanki cəhənnəm əzabı cəkirik. Xəstəxanalarda yatırıq. Respublikanski xəstəxanasında Zivəri əməliyyat etdilər, şiş götürüldü. Əməliyyat uğurla kecdi. Həkimlər kimyaterapiya yazdılar. Çox gözəl gedirdi müalicə.

Bu qədər çətin əməliyyat, müalicə keçməyinə baxmayaraq Zivər arzu ve məqsədlərinnən dönmürdü! O, calışırdı və heçnəyə baxmayaraq Zivər həmin il universitetə qəbul oldu.

Təəssüflərki qızın çətinlikləri bununla bitmədi. 2013-cü ildə yoxlanışa gedən Vəkilovlar ailəsi növbəti pis xəbərlə üz-üzə qaldılar. Analizlərin cavabınnan qanə olmayan ailə Türkiyəyə, İsrailə ordan da Moskvaya yoxlanışa getdilər. Hərkəs eyni diaqnozu qoyurdu. Əməliyyat və yüksək dozada kimyaterapia, hüceyrə tronsplotasiyasi yaşamali idi Zivər. Amma ilk öncə ən yuksək kimyaterapia keçirtməli idi, bunun üçün 60 min manat lazim idi, təhsil aldiği məktəb dostları tanışları yardım etdilər və Zivəri İsrailə kimyaterapiyaya göndərdilər. Həmin terapia yaxşi neticə vermədi və həkimlər beyin tronsplontasiyasinin vacibliyini bildirdilər. Bunun üçün isə 160 min manat lazım idi bu məbləği bir araya gətirə bilməyəcəklərini anladılar və Mehriban xanim Əliyevaya məktub yazildı. Gələn cavab hərkəsi cox sevindirdi Zivərin bütün xərclərini dövlət üstlənmişdi amma Zivərin gənc bədəni bu qədər ağrılara tab gətirə bilməyərək 2013 ilin 22 iyununda dünyasını dəyişdi…"

Gülnarə xanım əlavə olaraq bildirir: "Mən çox pis vəziyyətdəyəm. Qızımın həyatda qalması üçün hərşeyə hazır idim. Ağlayaraq "Mən axı demişdim sağaldacam səni” deyərək sitəm edirdi…."



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla