Tolik: "Əbdül Xalidin oxuduğu mahnı etikatan kənardır" [Video]

Show.az bildirir ki, prodüser Tolik bu dəfə də qalmaqal yaradacaq fikirlərlə çıxış edib. O, gənc müğənni Əbdül Xalidin sonuncu dəfə ifa etdiyi "Atam icazə verdi” mahnı ilə bağlı fikir bildirib.
"Əbdül Xalid məndən kiçikdir. Bu mahnı Namiq Qaraçuxurlunun ilk vaxtlar ifa etdiyi mahnıları xatırladır. Amma üzr istəyirəm bu fikrimə görə.
Ona görə ki, bu tərbiyəsiz bir mahnıdır. Burada işlənən sözlər, mövzu etikadan kənardır. Məncə bu mahnını təbliğ etmək çox pisdir.”
Qeyd edək ki, prodüser bu sözləri 106.3 FM-də səslənən "Muleyli” radio şousunda səsləndirib.

 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla