Bu dəfə də Sevda Yəhyayevadan yazdı

"Oradio.az" Qafqazinfo-ya istinadən xəbər verirki ötən gün müğənni Zamiq Hüseynovun konserti haqqında yazdığı iradlar qalmaqala səbəb olan teleaparıcı Ramal Hüseynov bu dəfə Sevda Yahyayevadan yazıb. Teleaparıcı bu gün müğənninin "Yaşıl” teatrda verdiyi konsert haqqında fikirlərini "Facebook” səhifəsində paylaşıb: "Sevda Yəhyayeva... Bu gün onun da konseri idi. 1. Yaşıl Teatr dolu idi. Amma deyesən gənclər, təşkilatlar dəstək olmuşdu. 2. Konsertin başlanğıcını yaxşı fikirləşmişdilər. İlk əvvəl iki aparıcı Sevdanın çıxışına qədər salonu hazırladı. Raz raz raz... exo exo... eləmədilər. Bu çox yaxşı idi. iki aparıcı zalı hazırladı və Sevdanı elan elədilər. 3. Sevda da səhnəyə yaxşı gəldi və mahnı da normal idi. Əslində daha güclü mahnı ola bilərdi, amma bu mahnı deyəsən onun ilk mahnılarından biri idi deyə onunla başlamışdı və mahnı başlayanda rəqqaslar, fişənglər startı yaxşı elədi. Bu da hiss elədim ki, peşəkar produser işidi. Sonra bildim ki, produseri Tarikoshadır (Tarix Əliyev) :)) sagol Tarikoşa. Bax burda saç-baş düzəldənlə produserin fərqi bilinir. Paltarı da yaxşı idi. Sadəcə lazımsız və həddən ziyadə mədəni hərəkət, duruş, danışıq var idi ki, bu da quru edirdi. Tamaşaçı ilə qəhrəman arasında səmimiyyətin yaranmasına mane olurdu. Tez tez də təşəkkür etməsi arxamda oturanları da qıcıqlandırırdı. "Onu dedin, onu dedin. Başqa şey de" deyirdilər. Mənim ürəyimdə dediklərimi yəni. Bu qədər. Ümid edirəm ki, heç olmasa Sevda məndən inciməz”.



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla