"Avtobus mədəniyyəti" və Biz...

"Avtobus mədəniyyəti" - əslində belə anlayış mövcüd deyil, sadəcə mən qısaca olaraq belə adlandırdım mövzumuzu..)
Gəlin formal ad daşıyan "avtobus mədəniyyətimizi" müzakirə edək."Qışqıra-qışqıra danışıq" marşurtda getdiyimiz yerdə kiminsə telefonu zəng çalır. Sağ olsunlar, bütün söhbətlərini dinləməyə məcbur oluruq.Niyə qışqırırlar onu da bu yaşımıza qədər anlamadıq, yəni sakit danışmaq bu qədərmi çətindir?! Hələ bizə iyirmi qəpik kimi baxan sürücülərdən danışmıram ( bu ifadə hər sürücüyə aid deyil) Görəsən nə vaxt dərk edəcəklər ki, biz 20 qəpik deyilik, canlıyıq. Həm də döyünən ürəyimiz var... Mağazadan sürücülük vəsiqəsi alanların sayəsində o ürək nə qədər döyünəcək orası da qaranlıq qalır.. )) Bəzən 1 dəqiqə gecikməsinlər deyə avtobusu elə sürürlər ki, sanki sükan arxasında sərnişin daşıyan sürücü yox təkər qaldırmaq istəyən avtoş oturub..) Mədəniyyətdən xəbərsizlər yalnız sürücülər deyil. Elə biz sərnişinlərin arasında da belələri az deyil. Sanki atasının şəxsi maşınında gedirmiş kimi kobud şəkildə avtobusu saxlatdıran kim, pulu atıb düşən kim, bir azca səhv yerdə saxladımı üzr istəyirəm söyüb düşən kim... Bu qədər düşüncəsiz olmağa məcbursuz?! Sonra keçək özünü yatmış kimi göstərən oğullara və sanki özündən böyüklərə yer vermək yalnız oğlanlara aidmiş kimi əyləşən "xanımlara" . Həmin "oğullara" da halal olsun hər adamın işi deyil sənətin aktyor olmadan aktyorluq etmək. Və xanımlar... Axı harada yazılıb ki, yalnız oğlanlar yer verməlidir?! Əgər kimisə ayaqüstə görürsənsə (yaşda böyük insanı) xanımqız, bəlkə, zəhmət çəkib qalxasız?! Elə Aktyorluq sənəti bəziləri üçün elə avtobusdan başlanır.Düzünü desəm, bu haqda yazmaq bir xanım kimi mənə olduqca utanc vericidir...! Sonda.. Bəs görəsən səbəb nədir ? Yani gündəlik həyatda özünü idarə edə bilmək bu qədərmi çətin olub ?! Yəni bizim adicə marşurtda getmək mədəniyyətimiz yoxdur?
(Şahidi olduğunuz hadisələrdən yaza bilərsiniz)
 
Müəllif: Nigar Məmmədova


Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla