Fransız qadınları

Fransız qadınları Shaffy

Fransız qadınları çörək yeyir,şkoladı sevir,yaxşı nahardan sonra disert dadmağı xoşlayırlar.Bəs Niyə kökəlmirlər?

O axşam mən Madoda kofe içirdim. Yanaşı stol arxasında yaz quşları kimi mehribancasına civildəşən iki fransız qadını əyləşmişdi. Sifətlərinə baxarkən yaşlarının əlliyə yaxın olduğunu zənn etdim. Amma bədənləri qarşımızdan ötüb keçən tələbə qızlardan heç fərqlənmirdi. Düşündüm ki, indi qulançar və mineral su sifariş edəcəklər. Heç də yox! Xanımlar iştahla qoyun pendiri,əzmə koklet aşırtdı. Sonra hələ disertdə gəldi: birinə-şkoladlı tort parçası,digərinə isə bir dolu nəlbəki karamel kremi. Bütün bunların üstündən qadınlar qırmızı şərabda içdi. Həsrətlə düşündüm "Genetika…”

Amma Mirey Qalyonun "Fransız Qadınları Niyə Kökəlmir?” adlı kitabını oxuduqdan sonra haqlı olmadığımı anladım. Gənc yaşlarında Mirey təcrübə keçmək üçün Amerikaya getmişdir. Bir göz qırpımında o, kök xanımcığa çevrilmişdir. Bir ildən sonra Havr limanında onu qarşılayan atası məyusluğunu gizlədə bilmirdi "Sən artıq kartof torbasına oxşayırsan!”

Amerikanın qidalanma sistemi qarşısında həm genetika,həm də əsrlərdə davam edən fransız ənənələri aciz idi. Yanlız Mireyin Doktor Möcüzə adlandırdığı ailə həkimi qıza əvvəlki bədən ölçülərini qaytarmaqda və onları ömrü boyu qoruyub saxlamaqda köməkçi oldu. İndi Mirey Qalyano ilin çox hissəsini ABŞ-da yaşasa da,onun əksinə baxan kimi fransız qadını olduğuna şübhə etməyəcəksiniz.

"Adi şübhələri saxlayın”

"Kasablanka” filmindən görüntürülmüş bu ifadə ilk üç həftə ərzində Mirey üçün şüara çevrilmişdi.Əksər hallarda olduğu kimi, arıqlamağa başlamazdan əvvəl qədli-qamətli olmağa mane olan amilləri araşdırmaq lazımdır. Bunun üçün üş həftə ərzində nə yediyinizi yazmalısınız. Şəxsən mənə,pendirli və kərə yağı ilə sevimli makaronlar və çay ilə yediyim müxtəlif təamlar-halva,pryanik,ğeçenyeden çəki yığdığımı anlamaq üçün bir həftə kifayət etdi.

Fransız xanımaları sarsıntini sevmir. Onların fikrincə,pəhriz saxlamaq ümumiyyətlə ədəbsizlikdir. Bu haqda danışçaq qəbul olunmamışdır. Amma,əlbətdə,faydalandıqları kiçik fəndlər sirlər də var.

Özünüzə aid "adi şübhələri”nəzər yetirin. Nədən daha asan imtina edə biləcəyinizi aydınlaşdırın. Halva və pryanniki qoz və quru meyvələrlə əvəz etmək olar. Nədən ayrıla bilmirsinizsə,miqdarını azaldın.

Mirey Qalyano xəbərdar edir: evinizdə və iş yerinizdə zərərli ərzaqları saxlamayın. Bir paçka çipsə görə çətin mağazaya gedəsiz. Olmayanı isə yemək mümkün deyil.

"Adi şübhələri” ləğv etməklə üş həftəyə üç kilo arıqlamaq olar. Bu məni həvəslədirdi.

Fransız sayağı qidalanma:

Fransız sayağı qidalanma mənə uşaqlıqdan unutduğum rejim sözünü xatırlatdı. Gündə üç dəfə eyni vaxtda qidalanmaq lazımdır,nahar üç yeməkdən ibarət olmalıdır-duru,quru və kompot. Yeməkarası qəlyanaltı yemək olmaz.İndi əsasən,hissəvi qidalanma təbliğ olunur.: "mədə böyüməsin deyə”. Nəticədə oficlərdə hamı bütün günü nəsə çeynəyir.

Nahar-ciddi məsələdir. Amerikada,yaxud bizdə olduöu kimi , burada nahar vaxtı istehsalat meseleleri müzakirə olunmur,siyasət və digər xoşagəlməz hadisələr haqqında mübahisə aparılmır. Əlbətdəki göz önündə heç bir televiziya və qəzet olmur.

Nahar üç yeməkdən ibarət olmalıdır. Məsələ ondadır ki, fransız mətbəxtində yeməklər kiçik porsiya ilə yeyilir. Lakin günorta vaxtı Fransız restoranına getsəz həqiqətəndə kiçik porslara rast gələrsiz. Özünüzü doymuş,amma çox yeməmiş hiss edirsiniz və qəlyanaltı etmədən,şam yeməyinə qədər dözə bilmirsiniz. Bu mərhələdə daha iki kiloqramdan azad olursuz. Cəmi üç aya 5 kilo.

"Zir-zibildən yanlız bir zir-zibil alınacaq. Ayda iki dəfə supermarketə və ərzaqla dolu böyük arabanı unudun. Azuqəni etəsi gün üçün,yaxudda iki günlük almaq lazımdır.

Yeməklərin çeşidi və arıqlama arasında nə əlaqə var? Məsələ ondadır ki, bir boşqab məhdudlaşdıraraq özünüzü dad hissiyatı ilə zövq almağa çalışırıq. Mədəmizi mümkün qədər sıx dolduraraq arzuladığımız ləzzətə can atırıq. Yüksək keyfiyyətli qida faydalı maddələrlə zəngin olmasından savayı, daha doyumlu və ləzzətlidir.

"Həqiqət Şərabda,Sağlamlıq sudadır”

Mirey Qalyano əmindir ki, çox içmək lazımdır.Söhbət sudan gedir. Nə çay , nə qəhvə,nə qazlı içkilər orqanizmin tələbatını adi su qədər ödəyə bilmir. "Gün ərzində 4-5 stəkan su için və tezliklə artıq çəkidən azad olacaqsınız.”- Mirey əminliklə söyləyir. Suyu səhərlər,gecə,yeməkdən yarım saat əvvəl içmək lazımdır. Xüsusən də, 50 illik yaş həddini ötmüş insanlara. Bu insanlar hər üç saatdan bir bir stəkan su içməlidir.

Amma söhbət şərabdam düşdükdə kitabın müəlliif şairə çevrilir. Hansı fransız nahar vaxtı bir qədəh burqund şərabından imtina edər?! Şərabı hər gün az miqdarda içmək lazımdır-xanımlar üçün ən çoxu bir-iki qədəh quru şərab və mütləq isti yeməklə içmək kifayət edər.

Qalyano yazır: "Əminəm ki, öz şux qamətinə görə fransız qadınları müəyyən qədər şəraba borcludur.” Şərab istənilə nahara əhəmiyyət verir,qidadan aldğımız həzzi artırır. Ən əsası isə-həyatdan zövq almağa kömək etdi. Fransız sayağı yaşamağa çalışaraq yarım il ərzində 8 kq arıqlaya bilərsiz. Hətta yeni il günü kremli tortlar belə sizə təsir etməz. Demək maddələr mübadiləsi qaydaya düşür.

 

Müəllif: Shaffyolive

 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla