Erkan Petekkaya: "Öpüşməyimə peşman oldum" [Foto]

"Qafqazinfo” Türkiyə mətbuatlına istinadən xəbər verir ki, dünən Show TV-də yayımlanan "Hər şey daxil” proqramına qonaq olan aktyor "Aşk-ı Memnu” serialında öpüşmə səhnəsi 28 dəfə təkrarlanınca aktrisa Beren Saatın dodağının göyərdiyi məlumatına münasibət bildirib. Belə ki, o, bənzər səhnənin onun da başına gəldiyini və buna görə peşman olduğunu bildirib.
Seriallardakı öpüşmə səhnələrinə qarşı olduğunu ifadə edən məşhur aktyor "Kinoda olmasına bir söz demirəm, amma televiziyada lazım deyil”. "Dila Xanım” serialında Rza rolunu canlandırarkən rol yoldaşı ilə öpüşdüyünü xatırladan Petekkaya "Mən bir dəfə etdim onda da peşman oldum. Filmi izlədiyim zaman narahat oldum” deyib.

 



Bənzər xəbərlər


Facebook səhifəmiz

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla